Bakıda üç nazirliyin ''gözü qarşısında'' Kapital bankı necə yardılar? - HADİSƏ YERİNDƏN GÖRÜNTÜ

Bakıda üç nazirliyin ''gözü qarşısında'' Kapital bankı necə yardılar? - HADİSƏ YERİNDƏN GÖRÜNTÜ
Загрузка...
Xəbər verdiyimiz kimi, Bakıda iki gün əvvəl bu günə qədər görünməmiş oğurluq baş verib. Criminal.az saytının məlumatına görə, şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb.
Günün günorta çağı üzlərinə əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ''sanepidemstansiya''dan gəlmişik, buraları dərmanlayırıq. Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar.
Yasamal rayon Polis İdarəsindən Criminal.az saytına bildirildi ki, hələlik oğurluğu edənlər tutulmayıb. Ərazidəki müşahidə kameralarına baxış keçrilib, əl izləri götürülüb. Oğruların tutulması istiqamətində istintaq-əməliyat tədbirləri görülür. 
Sputnik Azərbaycan yazır ki, maskalı şəxslər kassirə soyuqqanlılıqla "sanepidemstansiya"dan gəldiklərini və buraları dərmanla "dezinfeksiya" edəcəklərni deyib gediblər Lakin bankomatın "dezinfeksiyası" kiçik qaynaq aparatının köməyi ilə gecə baş tutub.
"İki nəfər olduqları ehtimal edilən cinayətkarlar bankomatın yerini və ona haradan yaxınlaşa biləcəklərini qabaqcadan müəyyənləşdiriblər. Aparat avtobus dayanacağındakı köşkə quraşdırılıb. Cinayətkarlar köşkə daxil olaraq bankomatı içəridən yarıblar. Buna görə də, onların fəaliyyəti müşahidə kamerasına düşməyib." — deyə polisdən bildiriblər. İstintaqın versiyasına görə, oğrular bir neçə gün davamlı olaraq həmin bankomatı izləyiblər və terminala külli miqdarda pulun yüklənməsini gözləyiblər. Bundan dərhal sonra onlar hərəkətə keçiblər. Hələlik faktla bağlı saxlanan yoxdur. İstintaq davam edir. 




Загрузка...
Загрузка...

Xəbər lenti