Bakıda tanınmış müğənninin idmançı əri həbs edildi

Bakıda tanınmış müğənninin idmançı əri həbs edildi
Загрузка...
Bu gün xanəndə Zenfira İbrahimovanın həyat yoldaşı, idmançı Anar Heydərov polis tərəfindən saxlanılıb. "Ölkə.Az” xəbər verir ki, Anar Heydərov şikayət əsasında həbs edilib. Onu borc pul alıb, qaytarmamaqda ittiham ediblər.
Xanəndə bildirib ki, deyilənlər həqiqətə uyğun deyil. Onun sözlərinə görə, belə bir hadisə baş verməyib. "Belə bir fakt yoxdur. Hazırda toydayam deyə, danışa bilmirəm. Mümkünsə başqa vaxt əlaqə saxlarıq”, - deyə Zenfira İbrahimova bildirib.
Qeyd edək ki, cütlüyün toyu 2005-ci ildə olub. Onların birgə nigahdan İbrahim adlı oğul, Dəniz adlı qız övladları var.
Xatırladaq ki, Anar Heydərov ötən ilin yay aylarında da həbs edilib. Onu yol qaydasını pozmaqda ittiham ediblər. O, 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib. 
Загрузка...
Загрузка...

Xəbər lenti