Загрузка...

Bakıda supermarketi keçmiş əməkdaşı soydu

Bakıda supermarketi keçmiş əməkdaşı soydu
Загрузка...
Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti