Загрузка...

Bakıda "Radiozavod"da partlayış - FOTO+VİDEO

Bakıda
Загрузка...
Bakının Xətai rayonunda zavodda yanğın olub. Trend-in məlumatına görə, "Radiozavod" kimi tanınan "Radioquraşdırma" İstehsalat Birliyinin binasında yanğın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları göndərilib.
APA-nın xəbərinə görə, partlayış yanğınla müşahidə olunub. Hadisə "Radiozavod"un ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib. Partlayış səsi ətraf ərazilərdən eşidilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur. 
 
++++++
FHN: "Yanğın söndürülüb”
Fövqəladə Hallar Nazirliyi (FHN) "Radioquraşdırma” zavodunda partlayışla nəticələnən yanğınla bağlı məlumat yayıb. Nazirlik bildirir ki, hadisə ilə bağlı saat 19:17 radələrində məlumat alıblar: "İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 kvadratmetr olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək”, – məlumatda vurğulanır. 



Загрузка...
Загрузка...

Xəbər lenti