Bakıda qəza törədən qadın sürücünü döydülər

Bakıda qəza törədən qadın sürücünü döydülər
Загрузка...
Bakıda yol qəzası törətmiş qadın sürücü xuliqanlıqla üzləşib. Lent.az xəbər verir ki, Nərimanov rayon sakini, 57 yaşlı Güləbatın Tağıyeva polisə müraciət edərək bildirib ki, Məhəmməd Hadi küçəsində idarə etdiyi "Chevrolet" markalı, 99 EB 128 dövlət nömrə nişanlı avtomobillə markasını bilmədiyi başqa maşını vurub.
Bu zaman həmin avtomobilin sürücüsü düşərək G.Tağıyevaya hücum edib və onu döyüb. Müraciət əsasında araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti