Загрузка...

Bakıda parkı hissə-hissə satırlar – İcra başçısının gəlir mənbəyi + FOTOLAR

Bakıda parkı hissə-hissə satırlar – İcra başçısının gəlir mənbəyi + FOTOLAR
Загрузка...
 Bakıda insanların istirahət etməsi üçün yeni parklar tikilib istifadəyə verilir. Lakin bəzi belə məkanlar baxımsızlıqdan bərbad duruma düşür. Təmir-tikintisinə xeyli vəsait ayrılan parklar qısa müddətdən sonra istirahət zonasından daha çox, tüfeyli həyat keçirənlərin məkanına, xarabalığa çevrilir.
 
Yerli mətbuatda bəzi parkların tamamilə yararsız vəziyyətə düşdüyü barədə xəbərlər dəfələrlə dərc edilib. Bu dəfə Bakı metrosunun "Azadlıq Prospekti” stansiyasının yaxınlığında yerləşən parkın acınacaqlı durumundan söhbət açacağıq. Haqqında mətbuatda bir neçə dəfə danışılmasına baxmayaraq, görünür, heç kəs istirahət məkanına diqqət etmək niyyətində deyil. Minval.info xəbər verir ki, sözügedən ərazidə tikinti işləri gedir, amma bunun parka aiddiyyatı yoxdur. Belə ki, parkda yerləşən ticarət obyektlərinin bəzilərinin işləri bitib, bəzilərində isə hələ davam edir.
 
Bu da istirahət məkanının ərazisini daha da yararsız vəziyyətə gətirir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov buranı deyəsən şəxsi gəlir mənbəyinə çevirib. Çünki park şokoladlı tort kimi hissə-hissə kəsilir və satılır. Bu park artıq istirahət yeri yox, gəlir mənbəyidir. Məlumat üçün qeyd edək ki, mütəxəssislər burada tikilən binaların metrostansiya üçün təhlükəli olduğunu bildirmişdi. Parkda zibil qablarını baxımsız dəmir qutular əvəz edib. Amma bu qablar da olmaya bilərdi. Ona görə, "buna da şükür” – deyib keçək.
 
İstirahət məkanına cütlüklər üz tutur, onların bir yerdə əyləşməsi üçün skamyalar gözə dəymir. Sevgililər isə çıxış yolunu daşların üzərində oturmaqda görürlər. Daşlardan söhbət düşmüşkən deyək ki, parkın döşəməsi, pilləkənlərin üstü, üzlüklər tamamilə bərbad durumdadır. Nəzarətsizlikdən parkın divarlarının üzəri ara saytların adları ilə "bəzədilib”. Arabalar üçün ayrılan hissə belə, keçilməz vəziyyətdədir. İstirahət məkanınında tikilən hovuzu isə çoxdandır "işdən çıxarıblar”. Azyaşlı uşaqlarını parka gətirənlər var, lakin onların istirahəti elə parkın imkanları daxilindədir. Park isə göz qabağındadır. İstirahət məkanının aşağı hissəsi bir qədər normaldır, amma elə də ciddi dəyişiklik yoxdur. Sadəcə, ayaqyolu normal vəziyyətdədir. Onu bildirək ki, parkın inşasına 2009-cu ildə 2,5 milyon manat xərc çəkilib.











Загрузка...
Загрузка...

Xəbər lenti