Bakıda oğul anasını "fahişə" adlandırdı

Bakıda oğul anasını
Загрузка...
Bakıda qeyri-adi hadisə yaşanıb. Yusif Nuriyev adlı şəxs illərlə işləyib pul yığıb ev alıb. Evi alarkən anasının adına qeydiyyata saldırıb. Lakin bir müddət sonra anası evin öz adına olmasından sui-istifadə edərək oğlunu və gəlinini evdən atıb. Femida.az xəbər verir ki, ötən gün Yusif "Facebook" sosial şəbəkəsində səhifəsində bununla bağlı status paylaşaraq anasını "fahişə" adlandırıb. Düzdür, bir müddət sonra təzyiqlərə dözməyən oğul anası haqqında bu nalayiq paylaşımı silib.
 
Daha sonra məsələni belə şərh edib: "Mənim uşaqlığım dava-dalaş içində keçib. Hər gecə yalnız bir istəklə gözlərimi yummuşam. Səhər açılmasın. Anam məndən indi ən azı 65 min manatlıq evimi aldadıb aldığını bağışlayın deyirsiz. O pulu yığmaq üçün mən 12 ilimi xərcləmişəm. Adi məzuniyyətə çıxmamışam ki, pul qazanım. 2 işdə işləmişəm, obyekt işlətmişəm, pulu işə yatırıb böyütmüşəm. Nə geyimə qıymışam pul, nə yeməyə, nə istirahətə. Onun son 5 ilini call center-də operator işləməklə keçirmişəm. Hər gün alçaldılmışam, artıq söz eşitmişəm, işdən çıxararlar qorxusu ilə yaşamışam. Mən özümə 500 manat qıyıb romanımı kitab kimi çap etdirmədim. Ölürəm ayaq üstə, həkimə pul vermədim, müalicə almadım illərlə. O pulla mənim gələcəyim oğurlandı. Xaricdə ali təhsil almaq arzum, yeni həyata başlamaq şansım. Əgər siz belə ürəyi geniş adamlarsızsa (belə olduğunu heç inanmıram), sizə pul atan ananızı bağışlayın. Mən bağışlamıram, ölsəm də bağışlamıram. İndi bu yaşımda yalnız bir istəklə yatıram. Sabah açılmasın. Çünki ayrı adamların evində yatmağı özümə sığışdırmıram, anamı da lənətləyirəm". Y.Nuriyev iddia edir ki, doğma anası onu öz pulu ilə aldığı evdən bayıra atıb.
 
O deyir ki, Nəsimi rayonu, 4-cü mikrorayon, Seyid Hüseyn küçəsi, bina 5, mənzil 33-də anasının ucbatından həyat yoldaşı ilə rahat yaşaya bilmir: "2016-cı ildə nikaha girmişəm. Bu ərəfədə ailəm mənə inadla dedi ki, əlindəki pulla ev al, lazım olsa, satarsan və s. Mən də Azərbaycandan kənarda yaşamaq və təhsil almaq istəmişəm. Onun üçün işləyib illərlə qazandığım pulu yığmışdım. Bir səhv edib anamın təkidi ilə ev alıb, onun adına qeydiyyata keçirdim. Güvəndim ki, əgər mən xaricə gedə bilsəm, mənim təhsilim üçün lazım olan pulu o evi satıb mənə göndərəcək. Artıq bir neçə vaxtdır anamla münasibətim pozulub. O, mənimlə həyat yoldaşımın o evdə yaşamağına imkan vermir, qalmaqal salır".
 
 
Polislər "ana müqəddəsdir" deyib getdilər
 
 
Yusif deyir ki, anasından polisə şikayət etsə də, nəticəsi olmayıb: "Ev onun adına qeydiyyatdadır. Mən və yoldaşım işdə olanda evin açarı onda olduğundan, rahatlıqla bizə gəlir. Yoldaşımı və məni təhqir edir. Evimdən çıxmağını tələb edirəm, çıxmır. Deyir, mənim adıma qeydiyyatdadır, çıxmıram. Polisə müraciət etdim, polislər gəlib "ana müqəddəsdir" deyib çıxıb getdilər. Anam mənə hücum etdi, əlimi cızdı, vurdu və s. Artıq əlbəyaxa olmuşduq, qayınatam gəlmişdi ki, qızını aparsın. Ona görə məni də öz evlərinə apardı. 3 gündür qayınatamgildə yaşayıram". Onun sözlərinə görə, anası Məryəm xanım doğma oğlunun və gəlininin mənzilə qeydiyyata düşməsinə şərait yaratmır. Bunun üçün Y.Nuriyev məhkəməyə müraciət etməyə hazırlaşsa da, məsləhətləşdiyi vəkillər məsələnin onun xeyrinə həll edilməyəcəyini deyiblər.
 
 
Mənzilin 11 min dollarını əlimlə sayıb vermişəm
 
 
Yusifin anası Məryəm xanım isə APA-ya açıqlamasında oğlunu halal zəhmətlə böyütdüyünü bildirir. Yusifin ona qarşı münasibətinin evləndikdən sonra dəyişdiyini deyən Məryəm xanımın sözlərinə görə, oğlu ilə birlikdə uzun müddət heç vaxt yaşamayıb. Sadəcə, xəstə olduğu üçün oğlu və gəlinindən ona baxmağı xahiş edib:
 
 
"Mən ata mülkümlə bağlı etibarnaməni oğluma həvalə etməmişəm. Onun bu mənzili ilə heç bir işim yoxdur, qələt eləyir. Kim dedi mən qeydiyyatdan çıxmıram? Gəlsin, nə vaxt istəyir, öz evinə qeydiyyata düşsün də. Mən etibarnamə və vəsiyyətnaməni ləğv etdirmişəm, o da bu mülklə bağlı deyil qızım. Mən öz ata mülkümü məcburi köçkünlərə və evi olmayanlara verə bilərəm, amma öz oğluma yox. O, mənim ata mülkümdən gəlib qeydiyyatdan çıxsın, mənə aid olan nə varsa o evdə, qaytarsın, gəlsin öz evinə. Mən bir söz demirəm".
 
 
Anası deyir ki, gənc oğlu ev almaq arzusunda olduğunu ilk dəfə onunla bölüşüb, o da bu mülkün alınması üçün Yusifə 11 min dollar pul verib: "Bu mənzilin 11 min dollarını ona əlimlə sayıb vermişəm. O da üstünü düzəldib. Verdiyim pul onun haram xoşu olsun. Mən seyid nəvəsiyəm. Onsuz da o ziyan çəkəcək. Mən onu əziyyətlə böyütmüşəm. "Qlavbux" işləmişəm, səhərdən axşamacan çalışmışam. Boynumu qucaqlayıb öpürdü, nə oldu?"
Загрузка...
Загрузка...

Xəbər lenti