Bakıda maşın vuran qadın sağdır - 82 yaşı var

Bakıda maşın vuran qadın sağdır - 82 yaşı var
Загрузка...
Bu gün daha bir süpürgəçi qadının avtomobil vurması nəticəsində dünyası dəyişməsi ilə bağlı xəbər yayılıb. Səhiyyə Nazirliyindən Meydan TV-yə verilən məlumata görə, qadın Ağsu sakinidir, 82 yaşı var. O, xəstəxanaya yaralı vəziyyətdə çatdırılıb.
Qadının üzərindəki geyimin çıxarılmasına gəlincə, nazirlikdən bunu təkzib ediblər: "Təcili Tibbi Yardımın işi kiminsə paltarını soyundurmaq deyil. Əgər bu hadisə baş veribsə belə, bundan bizim işçilərin xəbəri yoxdur, hadisə yerində bu halla rastlaşmayıblar”.
Nazirlikdən qadının ad-soyadı və hansı xəstəxanada olması barədə məlumat verilməyib: "Ola bilər ki, qadının yaxınları bu barədə hələ məlumasızdır. Mətbuat vasitəsilə məlumat almalarını istəmirik”.
Meydan-nin TV Təcili Tibbi Yardım Mərkəzindəki mənbəsindən əldə etdiyi məlumata görə, şahidlər qadının bazarda turşu satdığını deyiblər. Rəsmi qurumlar hadisə ilə bağlı hər hansı açıqlama yaymayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti