Bakıda lift şaxtaya düşdü, yaralılar var

Bakıda lift şaxtaya düşdü, yaralılar var
Загрузка...
Bakının Nəsimi rayonunda binada bədbəxt hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Abdulvahab Salamzadə küçəsi 9 ünvanında baş verib. Hündürmərtəbəli binada 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb.
Nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Poladov Vaqif Əfqan oğlu, 1996-ci il təvəllüdlü Məmmədov Təbriz Hüseynağa oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Fərid Fərman oğlu və Əliyev Seymur İbad oğlu müxtəlif dərəcəli sınıq xəsarətləri alıb. Yaralılar təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti