Загрузка...

Bakıda küçədə qalan gəncə yardım etdilər, əvəzində oğurluq etdi – VİDEO

Bakıda küçədə qalan gəncə yardım etdilər, əvəzində oğurluq etdi – VİDEO
Загрузка...

Bakıda oyun zalından oğurluq hadisəsi olub. BAKU.WS-in məlumatına görə, hadisə 19 dekabr tarixində Xəqani küçəsi 7 ünvanında yerləşən obyektdə baş verib. İçəri daxil olan şəxs oyun konsollarına aid 3 ədəd disk, 3 ədəd konsol pultu götürüb və oyun zalını tərk edib.

Obyektin sahibi bildirib ki, gənc oğlan içəri daxil olub və çöldə hava soyuq olduğunu, içəridə bir nəfəri gözləməyinə icazə verilməsini xahiş edib: “Hava soyuq olduğu üçün ona içəridə gözləməyə icazə verildi. Oyun zalında təmir getdiyi üçün baş qarışıq olub. Vəziyyətdən istifadə edən şəxs oyun disklərini və konsol pultlarını götürüb, ərazindən uzaqlaşıb. Bu oğurlananların geri qaytarılnasını istəmirəm.

Məqsədim həmin şəxsin bu əməlinə görə cəzalandırılmasına nail olmaqdır”.

Загрузка...
Загрузка...

Xəbər lenti