Bakıda bankomatın yarılması Ramil Usubova badalaq vurmağa hesablanıb?

Bakıda bankomatın yarılması Ramil Usubova badalaq vurmağa hesablanıb?
Загрузка...
Daxili işlər nazirini dəyişmək üçün plan qurulduğu iddiası var...
Prezident seçkiləri yekunlaşdı. Yeni-köhnə prezident İlham Əliyev yaxın 2 həftə ərzində özünün komandasını formaşaldırılacaq. Növbədənkənar seçkilər anons edilər-edilməz xəbər yayılmışdı ki, yeni komandada bəzi nazirlər olmayacaq. İndi isə artıq hansı nazirlərin yeni komandada olmayacaqları haqda xəbərlər dolaşmaqdadır.
Vəzifəsi dəyişdiriləcək nazirlər sırasında daxili işlər naziri Ramil Usubovun da adı çəkilir. Uzun illər hakimiyyətə sədaqətlə xidmət etmiş naziri bu postda deputat Adil Əliyevin əvəzlənəcəyi haqda xəbərlər dolaşır.
Bildirlir ki, Ramil Usubov da işsiz qalmayacaq. Onun Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin müdiri postuna təyinat alacağı haqda iddialar var. Hətta artıq yerdəyişmələr üçün hərəkətlilik də var, dəyişikliklər üçün zəmin yaradılır.
İddia edilir ki, bir neçə gün əvvəl Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə "Kapital Bank”ın bankomatının yarılaraq 174 min dollar pulun oğurlanmasının bu planın tərkib hissəsidir. Görünməmiş oğurluğun daxili işlər nazirinin işinə kölgə salınmasına hesablanmış addım olduğu bildirilir.
Yada salaq ki, günün günorta çağı üzlərinə əlehqaz taxmış 2 nəfər Vergilər Nazirliyi yaxınlığındakı "Kapital Bank”ın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördükləri ilə maraqlanıb. Onlar da cavab veriblər ki, "sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq”. Bundan sonra həmin şəxslər çıxıb gediblər, axşam isə bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar. Şəhərin ortasında, günorta vaxtı törədilən oğurluğun sıradan bir əməl olmadığı gün kimi aydındır.
Ölkədə polisin sabitliyi, əmin-amanlığı təmin etməsini hakimiyyət rəsmiləri hər çıxışlarında xüsusi olaraq vurğulayırlar və bu, daxili işlər nazirinin aktivinə müsbət xal kimi yazılırsa, bankomatdan ilginc oğurluq isə deyilənləri şübhə altına alır. Ümumilikdə polisin işinə kölgə salır. Digər tərəfdən də əgər bankomat açılırsa, bu haqda bankomatın məxsus olduğu bankın mərkəzi nəzarət sisteminə avtomatik məlumat ötürülür. Əgər bank bankomatın izn verilmədən açıldığını bilibsə, niyə vaxtında tədbir görülməyib?
Polisə bu haqda dərhal məlumat verilməməsi ilə Criminal.az-a daxil olan nazirin dəyişdirilməsi barədəki iddialar arasında əlaqə ola bilərmi? Bu suala cavab axtararkən çox da uzağa getməyə də ehtiyac yoxdur. Cavab ortadadır. Xəbər verməyiblərsə, deməli bu kimə isə lazım olub. Kimə? Digər tərəfdən bankomatdan oğurluq edənlərin iynə olub 4 bir tərəfi kameralarla əhatələnmiş şəhərin mərkəzindən yoxa çıxmaları da sadəcə real deyil. Bankomatın günün günorta çağı yarılması sıradan oğrunun beyninin məhsulu deyil. Əməliyyat işini yaxşı bilən məsləhətçiləri olmasaydı, 2 sıradan oğru Bakıda hər tində, küçədə quraşıdırlan Təhlükəsiz Şəhər kameralarının "gözü”ndən itib yox çıxa bilməzdilər. Bu sadəcə inandırıcı deyil.
Başqa bir tərəfdən bank 174 min manatından keçibsə, polisə bankomatın yarılması haqda vaxtında məlumat verilməyibsə, deməli masa üzərində çox ciddi bir plan var. Həmin planın mahiyyəti haqda iddialar da ortalıqdadır. Bizlərə isə 2 həftə gözləmək qalır.
Загрузка...
Загрузка...

Xəbər lenti