Загрузка...

Bakıda aptek müdiri tutuldu

Bakıda aptek müdiri tutuldu
Загрузка...
Bakının Nəsimi rayonu ərazisində gizli şəkildə psixotrop maddələrin satıldığı aptekin müdiri saxlanılıb. APA-nın məlumatına görə, əməliyyat Bakı şəhər sakininin faktla bağlı Bakı Şəhər Prokurorluğu və Səhiyyə Nazirliyinə müraciəti əsasında aparılıb.
Paytaxt sakini müraciətində bildirib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən "Çinar farm" adı altında fəaliyyət göstərən aptekdə güclü təsirə malik psixotrop maddələr satılır. Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı sözügedən ünvandakı "Çinar farm" aptekinin sahibi Qasımov Natiq İdris oğlu güclü təsirə malik psixotrop maddələrin satışında şübhəli bilinərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 308.2 və 240.3.2 ci maddələri üzrə cinayət işi başlanılıb. Bir müddət əvvəl həmin aptekdə güclü təsir edən maddələrin satılmasına dair KİV-də məlumat yayılıb. 
Загрузка...
Загрузка...

Xəbər lenti