Загрузка...

Bakı metrosinda daha bir FACİƏ: intihar fikrini dəyişsə də...

Bakı metrosinda daha bir FACİƏ: intihar fikrini dəyişsə də...
Загрузка...
 Bu gün səhər saatlarında Bakı metrosunda daha bir faciə yaşanıb. PressClub.Az-a hadisə şahidinin verdiyi məlumata görə, "Həzi Aslanov” – "Dərnəgül” xətti üzrə hərəkət edən qatar yaşlı kişini vurub.
 
İddia edilir ki, kişi intihar etmək istəyib. Lakin tərrəddüd edib. Əvvəl özünü qatarın altına atmaq fikrində olan şəxs son anda fikrini dəyişib. Bununla belə ölümdən xilas ola bilməyib. Platformaya girən qatar təhlükəsizlik xəttini keçərək önə çıxan kişini vurub. Qatarın güzgüsünün sərt toxunuşu adamın həyatını dəyişməsi ilə nəticələnib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "APA-Economics”ə açıqlamasında bildirib ki, hadisə 09:18 radələrində "Qara Qarayev” metro stansiyasında qeydə alınıb. Belə ki, "H.Aslanov” metrostansiyasından "Dərnəgülə”ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev” metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib. "Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır”, – deyə N.Paşayev vurğulayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti