Загрузка...

Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb

Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb
Загрузка...
Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 140 ünvanında yerləşən 1 saylı Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb.
Criminal.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Sputnik Azərbaycan"-a açıqlamasında faktı təsdiqləyib. Qurumun sözçüsü bildirib ki, ərazidə olan binalar istismar müddətini keçdiyi üçün plana düşüb: "1 saylı poliklinikanın binası da köhnə idi. Hazırda poliklinika yaxınlıqdakı yeni tikilmiş binaya köçürülür.
Proses başa çatdıqdan sonra əlavə məlumat veriləcək".
Загрузка...
Загрузка...

Xəbər lenti