Загрузка...

Bağırsağında heroin aşkarlanıb

Bağırsağında heroin aşkarlanıb
Загрузка...
 Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitələr aşkarlandığı bildirilir. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin şəxsin hərəkətləri şübhə doğurduğundan saxlanıb və üzərində şəxsi yoxlama aparılıb. «Daha sonra zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə onun düz bağırsağında narkotik vasitələr - bir ədəd bükümdə xalis çəkisi 9.134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4.434 qram olan tiryək aşkar edilib», - məlumatda vurğulanır.
DGK vətəndaşın adını açıqlamır. Onun ittihamları qəbul edib-etmədiyi bilinmir.
Загрузка...
Загрузка...

Xəbər lenti