''Azərsun''un məhsulunu Ukraynada erməni satır - FOTO

''Azərsun''un məhsulunu Ukraynada erməni satır - FOTO
Загрузка...
Azərbaycanın ən böyük şirkətlərindən sayılan ''Azərsun holdinq''in məhşur ''Azəriçay''nın satışını Ukraynanın Xarkov şəhərində erməni həyata keçrir. Ukraynada yaşayan azərbaycanlıların Criminal.az saytına verdiyi məlumata görə, Xarkov şəhərində distribütor şirkətin rəsmi dillerlərindən biri Suren Petrosyandır. Bu haqda məlumat ditrubutor şirkətin saytında da yerləşdirilib.  

Həmvətənlərimiz hesab edir ki, Azərbaycanın adı ilə başlayan bir məhsulun satışı üçün ''Azərsun'' şirkəti tərəfindən erməniyə dillerlik verməsi normal deyil.
"Azərsun Holdinq"in rəsmisi Afiq Səfərov Criminal.az saytına açıqlamasında bildirdi ki, Xarkov şəhərində ''Azəri çay''ın rəsmi distribütoru azərbaycanlıdır:
''Lakin yüzlələrlə diller var. Erməni isə yüzlələrlə dillerdən biridir. Maraqlısı da odur ki, Azərçayla ən çox ticarət edən də bu ermənidir. Onların müəyyən olunması və təyin olunması bizim işimiz deyil.
Böyük konsernlər gəlib bizim distribütorluğumuzu alır, mallarımızı satmaqla bağlı müqavilə bağlayır. Və həmin konsernin yüzlərlə dillerləri var və onlar istənilən millətdən ola bilər. Həm də dillerlər haqda məlumat toplamaq mümkünsüzdü, digər tərəfdən də müdaxilə etmək biznes etikası baxımından düzgün deyil. Digər tərəfdən də, bir erməninin Azərbaycan brendini xaricdə yayması yaxşı haldır. Deməıi ermənilərn öz məhsulu, istehsalı yoxdur ki, gedib öz malı ilə ticarət etsin''. 

Загрузка...
Загрузка...

Xəbər lenti