“Azərsun”un keçmiş vitse-prezidentinin 17 milyonluq biznesi batır: “İldə 3 milyon zərər edirəm...”

“Azərsun Holding”in rəhbərinin keçmiş müavini, uzun illər ərzində Azərbaycanda bizneslə məşğul olan və aparıcı şirkətlərdə icraçı direktorluq edən Erdem Yunus Arifoğluun Türkiyədə qurduğu biznes batır. Virtualaz.org xəbər verir ki, Azərbayandakı bütün yatırımlarını çıxarıb biznesini Türkiyədə qurmağı qərara alan Arifoğlu uğursuzluqla üzləşib. Bu barədə biznesmen özü Türkiyə mətbuatına danışıb.
Erdem Yunus Arifoğlu belə görünür ki, Azərbaycanda iki il əvvəl başlamış iqtisadi geriləmədən təşvişə düşüb və biznesini ölkədən çıxararaq Türkiyəyə yatırım qoymağı qərara alıb. Bu məqsədlə o, Aydın vilayətinin Giremencik bölgəsində istixana kompleksi qurub. 2017-ci ilin əvvəllərində Arifoğlu “Milliyet” qəzetinə demişdi ki, Türkiyə hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli şərtlərdən istifadə edərək Giremencikdə 15 milyon TL investisiya hesabına 44 min kvadratmetrlik sahədə torpaqsız istixana kompleksi qurub. Həmin kompleksdə 50 nəfərdən çox adamı işlə təmin edib və ildə 120 ton pomidor istehsal edir. O vaxt Arifoğlu biznesindən məmnun görünürdü.
Arifoğlu bu ilin fevralında “Milliyet”in əməkdaşı ilə söhbətində deyirdi: “İstehsal etdiyimiz pomidorun 40 faizini ixrac edirik. Azərbaycana da ixrac etdik. Türkiyə hökumətinin iqtisadiyyat sahəsində yaxşı siyasət yürütdüyünü gördüksə bundan sonra bütün yatırımlarımı Türkiyəyə qoymağa qərar verdim. Hələ ev-eşiyimiz Azərbaycanda olsa da özüm iki ildir Türkiyədəyəm. Digər ailə üzvlərimiz də dönəcəklər. Malımızı, mülkümüzü, inşaat layihələrimizi satıb pula çevirən kimi onları da hökumətimizin aldığı müsbət qərarla bura gətirəcəyik”.
Lakin indi o, deyir ki, cəmi 17 milyon TL hesabına başa gələn istixana kompleksi batır, ildə 3 milyon TL zərər edir və bu səbəbdən Türkiyədəki sərmayələrini tamamilə çıxarmağa hazırlaşır. Azərbaycan vətəndaşlığı daşıyan Arifoğlunun sözlərinə görə, onun biznesinin çökməsinə səbəb blgədə geotermal stansiyası olan “Güriş Grupu”nun istixana kompleksini isti su ilə təchiz etməkdən imtina etməsidir. “Deyirlər ki, sizə isti su versək Girmencik ovalığı istixanalarla dolacaq. Biz də yetişdirə bilmərik. Onlara elektrikmi verəcəyik, sumu verəcəyik?”-Arifoğlu şikayətlənir.
Biznesmen deyir ki, isti su təchizatının olmamasına görə onun istixana kompleksi ildə 3 milyon TL ziyanla işləyir. “Azərbaycandakı bütün yatırımlarımı Türkiyəyə daşıdım. 2015-ci ildən bu yana 17 milyonluq yatırım qoydum. Biz daha yolun əvvəlindəyik. Yatırımlarımız davam edəcək. Ölkəmizə qazandırmaq istəyirik. Kompleksi istiliklə təchiz etmək üçün ildə 2 min ton yuyulmuş kömür yandırırıq. Bu da ətraf mühitə zərər vurur. Məhsulun maya dəyəri artır. Geotermal stansiya ilə bizim kompleksin arasında cəmi 140 metr məsafə var. Oradan istixanaya isti su versələr bizim ehtiyacımız təmin olunacaq, üstəlik su dövrə vurub yenidən onların sisteminə qayıdacaq. Amma bizə isti su vermək istəmirlər”-iş adamı şikayətlənir.
Arifoğlu bildirir ki, onun bölgədə cəmi 600 hektarlıq istixana qurmaq planları var, amma isi su verilməsə bu yatırımları qoya bilməyəcək. O, şikayətlərini prezident Ərdoğana da çatdırmaq istəyir. Deyir ki, Ərdoğan hakimiyyətə gələndə onu Azərbaycana ilk səfərində qarşılayanlardan biri olub.
“O vaxt hörmətli Heydər Əliyevlə görüşməyə gələndə mən Azərbaycan hakimiyyətinə ən yaxın adamlardan biri idim. O vaxt Ərdoğanla görüşdük, bizi Türkiyəyə yatırım qoymağa dəvət etdi. Mən 2002-2003-cü illərdən bəhs edirəm. Ondan sonra da prezidentimizlə görüşlərimiz davam etdi. İndi də səsimizi eşitməyini istəyirik”-Arifoğlu deyir.
Erdem Yunus Arifoğlu 90-cı illərin ortalarından Azərbaycanda bizneslə məşğul olub. Özünün dediyi kimi oğlanları Azərbaycanda tikinti biznesi ilə məşğuldur. Özü isə 2015-ci ilədək “Azərsun Holding”in rəhbərliyində yer alıb. Holdinqin Bakıdakı marqarin zavodunu yenidən qurub. Holdinqin böyüməsində onun böyük rolu olduğu məlumdur.
Xəbər lenti
-
17:08Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)
-
17:00Baş nazirə yeni müavin təyin olundu
-
16:57İki gənc idmançı dənizdə itkin düşüb - Fotolar
-
16:37Qızları zorladığı iddia edilən "falçı Mirseymur"la bağlı yeni iddia- sevgi, xəyanət, intiqam? VİDEO
-
12:54Suriyada Rusiya telekanalının müxbiri güllələnib
-
12:51Bakıda maskalı şəxslər evə basqın etdi
-
12:48Azərbaycanın yeni baş naziri kimdir? - DOSYE
-
12:44Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu
-
12:41Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildi
-
11:59Sumqayıtda “JEK” işçisini öldürən ağır cəza alıb
-
11:52Zahid Oruc yeni baş naziri açıqladı: Novruz Məmmədov!
-
11:43Meksikada Avroliqanın kuboku oğurlandı
-
11:30Tanışını toyda bıçaqlayana hökm oxunub
-
11:28Üç yaşlı uşaq hamilə anasını güllələdi
-
10:33Azərbaycanın yeni baş naziri və müavinləri müəyyənləşir - SURPRİZ ADLAR
-
01:25Bakıda altı yaşlı qıza qarşı valideynlərindən iyrənc əməl – VİDEO
-
01:12Hacıbala Abutalıbov istefa verdi – SON DƏQİQƏ
-
23:15Əfqanıstanda yol kənarında yerləşdirilmiş bomba beş nəfərin həyatına son qoyub
-
22:09Əliyev bu Dövlət Komitəsini ləğv etdi
-
21:42Prokuror məşqçiyə 8 il iş istədi
-
21:04Vəkil: 4 uşaq anası ''Bandotdel''də saxlanılır
-
20:28Ağdamlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər - Əllərindən öpürmüşlər...
-
20:09“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü
-
20:02Oğlan uşaqları ilə pul qarşılığında görüşmək istəyən 72 yaşlı manyak – VİDEO
-
19:5546 qıza təcavüz edən falçı ilə bağlı araşdırma başladı
-
19:45Baş həkim icra başçısının müavini təyin edildi
-
19:25ELDAR MAHMUDOV MƏHKƏMƏYƏ VERİLDİ - 100 min manat tələb olunur
-
16:56"Dedi ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma..." - SOCAR-ın idarə rəisinin qardaşı oğlu qisasından danışır
-
16:31"4 ildir arvadını sevirəm" deyib, qardaşını öldürdü - FOTO
-
16:24“Qaçırdığı qızı əlindən aldılar” – İntihar edən gənclə bağlı TƏFƏRRÜAT
-
16:15Hüquq müdafiəçisi məhkəməyə aparıla bilər - CİNAYƏT İŞİ BAŞLANIR
-
15:07Eldar Mahmudovun 3 generalına hökm oxunacaq: TARİX BƏLLİ OLDU
-
14:56“O kişi Şəbnəmin əri deyil…” – FOTO
-
14:48''Kimi dindirsəniz, deyəcək ki, keçmiş Xraxoba kəndi Elçin Quliyevin şəxsi mülküdür''
-
13:54Gözəl Bayramlı həbsdən buraxılmadı
-
13:10Azərbaycanda polis əməkdaşına ağlasığmaz ittiham: ölmüş sürücülərdən pul qazanır – FOTO
-
13:01''Qarşıma seçim qoyulmuşdu, ya övladlarımı qurban verməli idim, ya...''- Gülər Əhmədovadan sensasion müsahibə
-
12:42Çörək belə ala bilməyə 2 uşaq atası: “Nazirlikdə mənə dedilər ki, get özünü yandır” – VİDEO
-
12:21Polis rəisi vətəndaşı məhkəməyə verdi
-
12:18"Sözümü deyib, özümü öldürəcəm"- AzTV rəhbərinə sui-qəsd işində yeni məlumatlar
Digər xəbərlər
-
Foto, Korrupsiya
Azərbaycanda polis əməkdaşına ağlasığmaz ittiham: ölmüş sürücülərdən pul qazanır – FOTO
-
Korrupsiya
Ziya Məmmədov pullarını ölkədən çıxarır
-
Korrupsiya
''Narkoloji Mərkəzdə tanınmışların övladlarına 12 min dollar dəyərində dərmanlar satılıb''
-
Korrupsiya
Vergilər Nazirliyində növbəti kütləvi ixtisar – Cabbarov müfəttişlərin “axırına çıxacaq”
-
Manşet, Korrupsiya
Ramiz Mehdiyevdən məmurlara mesaj: "Çemodanlarını hazırlasınlar"
-
Korrupsiya, Dünya
Ermənistan ordusunun yüksək rütbəli zabiti həbs olundu
-
Video, Korrupsiya
Seçkidə ''karuselə'' nəzarət edən direktor müavini - VİDEO
-
Korrupsiya
Qubad İbadoğlu: Yenidən devalvasiya riski ilə qarşılaşa bilərik
-
Korrupsiya
Bank müdiri müalicə üçün yığılan pulu da oğurlayıbmış