Azərbaycanla bağlı qanunsuz əməliyyatlarda suçlanan Latviya bankı bağlanır

Azərbaycanla bağlı qanunsuz əməliyyatlarda suçlanan Latviya bankı bağlanır
Загрузка...
 Avropa Mərkəzi Bankı bildirir ki, Latviyanın ABLV bankı müflis olmaq ərəfəsindədir və Latviya qanunları əsasında bağlanacaq. AMB-nin açıqlamasına görə, Latviya bankı ciddi likvidlik problemi yaşayır və öz borclarını qaytarmaq, digər öhdəlikləri üzrə ödənişlər etmək qabiliyyətində deyil. Bu barədə rferl.org saytı xəbər verir.
ABLV Latviyanın üçüncü böyük bankıdır. Bankın likvidlik problemi ABŞ Maliyyə Nazirliyinin onu şübhəli pulköçürmə əməliyyatlarında ittiham etməsindən sonra yaranıb. ABŞ fevralın 13-də ABLV-ni Şimali Koreyanın raket proqramı ilə bağlı sanksiyaları pozmaqda ittiham etmişdi. Bundan başqa ABŞ Maliyyə Nazirliyi bankı Azərbaycan, Rusiya və Ukrayna ilə bağlı genişmiqyaslı qanunsuz fəaliyyətdə günahlandırmışdı.
ABLV ittihamları rədd etmiş, likvidlik problemi yaranmasın deyə Avropa Mərkəzi Bankından əlavə vəsait istəmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti