Загрузка...

Azərbaycanın bu kəndi ŞOKDA - 3 GƏNC ÖZÜNÜ ÖLDÜRDÜ

Azərbaycanın bu kəndi ŞOKDA - 3 GƏNC ÖZÜNÜ ÖLDÜRDÜ
Загрузка...
Fevralın 9-na keçən gecə Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, özünü çöl qapısının çərçivəsindən asaraq intihar edən 26 yaşlı Azayev Nurlan Vahid oğlu subay olub və fərdi əməklə məşğul imiş.
Bildirilir ki, fevralın 8-də dənizdən balıq tutmaqdan gələn gənc oğlan evdə nahar edəndən sonra balıqçı dostları ilə görüşməyə gedib və orada yeyib-içiblər. O, dostlarına qayığının motorunun xarab olduğunu və təmir etdirəcəyini deyib. Gecə saat 2 radələrində sərxoş vəziyyətdə evə gələn Nurlan giriş qapısından özünü asıb və bir neçə saat sonra yaxınları onun asılı vəziyyətdə qalmış meyitini aşkar edib.
Yaxınlarının sözlərinə görə, Nurlanın daimi işi olmayıb.
Qeyd edək ki, bu hadisə son 6 ayda Salyanın Xıdırlı kəndindəki 3-cü intihar hadisəsidir. Keçən ilin sentyabrında 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu, oktyabrda isə 1986-cı il təvəllüdlü Göyüşova Kəmalə İkram qızı özünü asaraq intihar edib.
Загрузка...
Загрузка...

Xəbər lenti