Загрузка...

Azərbaycan prezidenti olmaq istəyən şəxs: “O, haranın itidir ki…”

Azərbaycan prezidenti olmaq istəyən şəxs: “O, haranın itidir ki…”
Загрузка...
 ”Keçinin buynuzu qaşınanda, gətirib çobanın dəyənəyinə sürtər”. PressClub.Az xəbər verir ki, Azərbaycan prezidenti olmaq iddiasını ortaya qoyan mühacirətdə olan iş adamı Hüseyn Abdullayev bir neçə nəfərin ünvanına sərt sözlər səsləndirib. H.Abdullayevin ilk hədəfi deputat olduğu zaman parlamentdə əlbəyaxa olduğu həmkarı Fəzail Ağamalı olub. Daha sonra isə Milli Məclisin keçmiş spikeri, hazırda Amerikada mühacirətdə olan Rəsul Quliyevi təhqir edib.
"Xatırlayırsınızsa, mən öz namizədliyimi irəli sürdüktən sonra İlham Əliyev aşiqi olan və bir vaxtlar güya mənim ona vurduğum zərbədən beyin travması alan, lakin nədənsə kəllə-beyin deyil, bir ginekoloq həkimi tərəfindən müayinədən keçən Fəzail Ağamalı bəyan edib ki, Hüseyn Abdullayevin potensialı yoxdur və o, Prezident seçilə bilməz. Bu günlərdə isə Emin Hüseynovun qonağı olan Rəsul Quliyev eyni ifadəni işlədərək, haqqımda xoşagəlməz və sərsəm sözlər işlətmişdir. Buradan o primitiv və özünün gülünc danışıq tərzi ilə boşboğazlıq edən Rəsul bəyə bir neçə söz demək istəyirəm.

Nə vaxtsa hansısa dılğır bir zavodun müdiri olmusan deyə…
Birincisi, sən haranın itisən ki, mənim hansı potensialımın olub-olmadığını müəyyən edirsən? İkincisi, mənim sənə qoyduğum hörmətin səbəbi hazırda təmsil olduğun partiyanın təsiscisi və mənə yaxın olan Ağasif İbrahimovla bağlı idi. Yoxsa sən mənim üçün tamamən maraqsız və heç bir əhəmiyyət daşımayan, eyni zamanda tarixin zibilliyinə atılmış siyasi bir boşluqsan. İndi sən nə vaxtsa hansısa dılğır bir zavodun müdiri olmusan deyə, ölkədəki iqtisadi, hüquqi və köklü siyasi islahatların necə aparılmasını səndən başqa heç kimin edə bilməyəcəyini düşünürsən?
22 il Amerikada gizlənən birisinin haqqımda dediyinə çox üzüldüm
Mənim, ümumiyyətlə, özündən razı olanlardan zəhləm gedir. Heç özünə hörmət edən adam deyərmi ki, mən kifayət qədər ağıllı adamam? İnsan var ki yaşlaşanda üzünə nur, kəlamlarına müdrüklük dolar. Görünür, səndə əks proses gedib. Dostlar, deməli, həmin bu tip Emin Hüseynovla apardığı saat yarımlıq verilişə adıçəkilən hər kəsə qarşı mənfi fikir bildirdi. Açığı, iqtidar nümayəndələrinin məni tənqid etmələrinə və haqqımda nəsə demələrinə məhəl qoymuram artıq. Amma özünü bu rejimə muxalif sayan və elə bir ciddi təhdidlə qarşılaşmamasına baxmayaraq, qaçıb 22 il Amerikada gizlənən birisinin haqqımda dediyinə çox üzüldüm. 

Mən həmin Hüseynəm ki…
”Hörmətli” Rəsul bəy sənin o potensialı yoxdur dediyin Hüseyn Abdullayev səndən və digər adlarını ”müxalifət” qoymuşlardan fərqli olaraq, bu hakimiyyətin üzünə və ən yüksək tribunadan sərt etirazını bildirmiş və bütün malına, mülkünə tüpürərək və ən əsasıda həbs olunacağını gözə alaraq, İlham Əliyevə qarşı çıxmışdır. Mən həmin Hüseynəm ki, öz ailə üzvlərimin həyatını təhlükəyə ataraq və nə yazıq ki, ürəyimin bir parçası olan Atamı itirərək, gəlib Almaniyada mühacir həyatını yaşamağa məcbur qalmışam. Mənim yerimə hansı iş adamı olsaydı, özündən və ailəsindən başqa heç nəyi düşünməz və heç şübhəsiz, kral kimi yaşayardı. Bundan sonra istədiyin qədər çərənləyə bilərsən. Mənim daha sənə ayıracaq nə vaxtım, nə də istəyim var”.
Загрузка...
Загрузка...

Xəbər lenti