Azəbaycanın ulduz müğənnisi anası ilə birlikdə ''Bandotdel''ə aparılıb Azəbaycanın ulduz müğənnisi anası ilə birlikdə ''Bandotdel''ə aparılıb

Azəbaycanın ulduz müğənnisi anası ilə birlikdə ''Bandotdel''ə aparılıb
Загрузка...
Azərbaycanın populyar müğənnisi Günay İbrahimli həbs oluna bilər. Criminal.az saytına etibarlı mənbədən verilən məlumata görə, artıq müğənni və anası İlhamə bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. 
Xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin kliplərini çəkməyinə, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb. 
Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir. 
Onu da bildirək ki, N.Əhmədova məhşur iş adamıdır. Azərbaycandakı tekstil biznesininin böyük hissəsində payı var.  






Загрузка...
Загрузка...

Xəbər lenti