Çayxanadan 2 televizor və oyun kompüterləri apardılar

Çayxanadan 2 televizor və oyun kompüterləri apardılar
Загрузка...
Saxlanılan şəxslər oğurladıqları televizorları və oyun kompüterlərini Bakı şəhərində satdıqlarını bildiriblər
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları oyun kompüterləri və televizorlar oğurlayan şəxsləri saxlayıb. Criminal.az-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, Yardımlı rayonu Köryədi kənd sakini Sərvin İbayev ona məxsus çayxanadan 2 ədəd televizor və 3 ədəd "Sony Play Station III” markalı oyun kompüterləri və bu kompüterlərin idarə pultlarının oğurlanması haqda Rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, çayxanada oğurluq edənlər elə həmin kənd sakinləri Camal Əkbərli və Şaiq Balaşovdur.
Hər iki saxlanılan şəxs törətdikləri əməli etiraf ediblər və oğurladıqları televizorları və oyun kompüterlərini Bakı şəhərində satdıqlarını bildiriblər. Oyun kompüterlərindən biri isə onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Yardımlı RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti