AXCP-nin 6 fəalı həbs edilib

AXCP-nin 6 fəalı həbs edilib
Загрузка...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu gün keçirilən mitinqin təşkilatçıları olan 6 fəalı - Saqif Qurbanov, Vidadi Guliyev, İsmayıl Həsənov, Baba Suleymanov, Əli İmanxanlı və Ruslan Nəsirlii aprelin 13-də saxlanılaraq məhkəmələr tərəfindən hər biri 15 sutka inzibati həbsə məhkum edilib. Bu barədə AXCP-nin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.
Aprelin 14-də keçirilən mitinqdə AXCP sədri Əli Kərimli fəalların həbsinin siyasi sifariş olduğunu deyib. "İqtidar mitinqin təşkilatçılarını həbs etməklə askiyada kütləviliyin qarşısını almaq istəyirdi. Amma, buna nail ola bilmədilər”, o qeyd edib.
Xatırladaq ki, hazırda AXCP-nin 8 fəalı inzibati qaydada həbsdədir. Daha iki fəal - Orxan Baxışlı və Abdulla Mahmudov müxalifətin martın 31-də keçirilən mitinqindən öncə martın 27-də həbs edilib. Onalrın hər biri 30 sutka inzibati həbsə məhkum edilib. Rəsmi qurumlar AXCP fəallarının həbsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti