Загрузка...

Avropa Oyunlarındakı qəza videosunu yaydığına görə həbs olunan polisin cəzası yüngülləşdi

Avropa Oyunlarındakı qəza videosunu yaydığına görə həbs olunan polisin cəzası yüngülləşdi
Загрузка...
Avropa Oyunlarında qəza Polis əməkdaşı bəraət istəyirdi
Fevralın 2-də Ali Məhkəmədə Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl "Atletlər kəndi”ndə üç avstriyalı idmançını avtobusun vurması görüntülərini yaydığına görə dörd il azadlıqdan məhrum edilən Nizami rayon Polis İdarəsinin əməkdaşı, "Təhlükəsiz şəhər” Xidmətinin operatoru işləmiş Elçin Həsənovun kassasiya şikayətinə baxılıb. Azadlıq radiosunun yaydığı məlumata əsasən, o, görüntülərin yayılmasında heç bir günahı olmadığını bildirərək, bəraət verilməsini istəyib. İmran Hacıqayıbovun sədrlik etdiyi hakimlər kollegiyası ona bəraət verməsə də, cəzasını azaldıb – ona təyin edilmiş həbs müddəti dörd ildən 3 ilə endirilib.
Bu cinayət işində polislə yanaşı, qəzanı törətmiş sürücü Vəli Əhmədov və onun adının Avropa Oyunlarında xidmət edəcək sürücülər siyahısına salınmasına görə cəzalandırılan Nəqliyyat Nazirliyinin iki vəzifəlisi – nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və həmin qurumun Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov da cinayət məsuliyyətinə cəlb olunmuşdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücüyə 3, Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşlarına isə 4 il cəza verildi. Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisədə çəkməli idilər. Hadisə 2015-ci il iyunun 11-də baş verib. Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinovic, Luna Pajer və Verena Breit piyada yolu ilə gedərkən avtobus onları vurub.
Qəzada 16 yaşlı Vanessa Sahinoviç daha ciddi xəsarət alaraq, əlil olub. Onun aşağı ətrafları iflic olub, hərəkət qabiliyyətini itirib.
Загрузка...
Загрузка...

Xəbər lenti