ATV-nin aparıcısı: “Biz torpaqlarımızı işğal edəcəyik...” ATV-nin aparıcısı: “Biz torpaqlarımızı işğal edəcəyik...”

ATV-nin aparıcısı: “Biz torpaqlarımızı işğal edəcəyik...”
Загрузка...
Bu gün ATV telekanalının "ATV Səhər” proqramının aparıcısı birbaşa efirdə "Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib. Virtualaz.org xəbər verir ki, proqramın aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may Qələbə gününü nəzərdə tutaraq (sifətində gülüş və müvafiq əl-qol jestləri ilə) belə deyib: "Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik, və həmin 20 faizi də...ondan sonra əsl qələbə gününü bayram edəcəyik...”
• İcra başçısının qardaşı oğlu məşhur aparıcıya bir milyonluq villa bağışladı
Bu məqamda birbaşa efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə görə heç bir düzəliş etmədən Albert Eynşteynin şəxsi əşyalarının satışa çıxarılması barədə süjetin təqdimatına keçib. Və bu zaman gülməkdən özünü saxlaya bilməyib, proqramın digər aparıcısı Azər Axşam da gülməkdə ona qoşulub.
Yenicag.az-a açıqlama verən ATV kanalının rəhbəri Azər Xəlilovun məsələyə münasibəti belə olub: "Mən həmin süjeti izləməmişəm, məsələdən xəbərim yoxdur. Dinləyərəm, nəticə çıxararıq”.
ATV-nin mətbuat xidmətindən isə məsələyə belə münasibət bildirili: "Canlı yayımın öz qaydaları var, belə hallar yaşanır. Heç bir aparıcı bu cür vəziyyətlərdən sığortalanmayıb. Aparıcı həmin an dediyinin fərqində olmayıb. Əslində isə, o, "Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik, həmin 20 faizi də…” demək istəyib”.
Həmin dəqiqələrin videoyazısını oxuculara şərhsiz təqdim edirik.
Загрузка...
Загрузка...

Xəbər lenti