Ağsuda müəllim məktəbin direktorunu döydü

Ağsuda müəllim məktəbin direktorunu döydü
Загрузка...
Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb. Hadisə rayonun Ləngəbiz kəndində baş verib.
Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb. O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir. A
ğsu rayonu Ləngəbiz kənd bələdiyyəsinin sədri Seymur Nəsirov virtualaz.org-a açıqlamasında direktorla müəllim arasında mübahisənin qonşu kənddə keçirilən toy mərasimi zamanı yarandığını bildirib. ”Onlar hər ikisi Çöl Bağırlı kəndindəndirlər. Eşitdiyimə görə, kənddə keçirilən xeyir iş zamanı aralarında dava düşüb. İnsidentin hansı səbəbə görə baş verdiyini bilmirik”, - həmsöhbətimiz bildirib.
Загрузка...
Загрузка...

Xəbər lenti