Aslan İsmayılova ittiham irəli sürüldü

Aslan İsmayılova ittiham irəli sürüldü
Загрузка...
Hüquqşünas Aslan İsmayılov xüsusi ittiham qaydasında məhkəməyə cəlb edilib və təqsirləndirilən şəxs qismində tanınıb. Fevralın 1-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev bu haqda qərar çıxarıb.
A.İsmayılovu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məhkəməyə verib. O, hüquqşünasın CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Fevralın 1-də A.İsmayılov polis vasitəsilə məhkəməyə gətirilib.
Hüquqşünas bildirib ki, onu ofisindən gəlib götürüblər. A.İsmayılova dəstək məqsədi ilə onlarla insan məhkəməyə gəlsə də, prosesə buraxılmayıb. Hamıya bildirilib ki, məhkəmə zalında yer yoxdur. Məhkəmənin önünə xeyli polis gətirilib. Onlar adamlara məhkəmənin binası qarşısında da dayanmağa icazə verməyiblər. Hazırlıq iclasında H.Hacıyev özü də iştirak edib. O, A.İsmayılovun prezident və ailəsini, məmurları təhqir etdiyini söyləyib.
H.Hacıyevin iddiasına görə, A.İsmayılov sosial şəbəkələrdə onu «canlı» adlandırmaqla təhqir edib, başqalarını şantaj edib pul aldığını deməklə böhtan atıb. A.İsmayılov isə H.Hacıyevin iddiasının əsassız olduğunu bildirib və onun icraata götürülməməsini istəyib. Ancaq hakim A.Tağıyev hazırlıq iclasının yekununda fərqli qərar çıxarıb - iddia icraata götürülüb, A.İsmayılov təqsirləndirilən şəxs qismində tanınıb. Məhkəmə baxışı fevralın 7-nə təyin edilib.
A.İsmayılov hesab edir ki, onun cəzalandırılması sifarişdir və H.Hacıyevdən sadəcə vasitə kimi istifadə olunur. Cəzalandırılmasına səbəb isə Milli Onkologiya Mərkəzində korrupsiya halları, apteklərdə psixotrop tərkibli dərmanların reseptsiz satılması və s. haqda yaydığı materiallardır.
Загрузка...
Загрузка...

Xəbər lenti