“Arxamda Cavid Qurbanovun müavini dayanır”

“Arxamda Cavid Qurbanovun müavini dayanır”
Загрузка...
Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov bir gündə 40 gənci qanunsuz olaraq işdən çıxarıb. Bu barədə AzEuroNews.com-a Ucarın 20 Yanvar küçəsi, ev 34 ünvanda yaşayan hüquq müdafiəçisi Purqafari Azər Ələsgər oğlu tərəfindən məlumat daxil olub. Onun sözlərinə görə, İ.Əsgərov idarədə yüzlərlə pensiya yaşı keçmiş şəxsi işdə saxlayıb:
"Gəncə Lokomotiv Deposunun 1000-dən çox işçisi var. Hər işçinin maaşından ayda pul tutulur, gecə pulu adı ilə verilməli olan pullar, məzuniyyət mənimsənir. İslam Əsgərovun həyat yoldaşı Biləcəri Deposunda yüksək vəzifəni tutur. Gəncə Lokomotiv Deposundan qanunsuz olaraq işdən çıxarılmış Yevlax rayonu Tanrıqulular kənd sakini Ələkbərov Babək İlham oğlu İslam Əsgərovun qanunsuz əməllərindən şikayət etdiyi üçün onun hədəsinə məruz qalıb. İslam Əsgərov şikayətçi Babək Ələkbərova deyib ki, ” Hara şikayət etsəniz də mənası yoxdur, arxamda Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov dayanır. Mən onun tapşırığı ilə 40 nəfər gənci işdən çıxarmışam”.
A.Purqafari qeyd edib ki, İ.Əsgərov işdən çıxardığı 40 nəfər gəncin valideynlərini çağırıb, onlara hədə-qorxu gəlib: "Buna səbəb işdən çıxarılan şəxsərin yuxarılara şikayət etməsidir. Sadəcə, 40 nəfər gənc Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun maaşlardan qanunsuz tutmalarına, məzuniyyət və gecə pullarının mənimsənilməsinə etiraz etdikləri üçü işdən qanunsuz olaraq çıxarılıblar”.
Загрузка...
Загрузка...

Xəbər lenti