Arvadının üstünə benzin töküb yandıran şəxs: "Qışqırığa qonşular gəldi"

Arvadının üstünə benzin töküb yandıran şəxs:
Загрузка...
Arvadının üstünə benzin tökərək öldürməkdə təqsirli bilinən Mais Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Lent.az-ın məlumatına görə, cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Aparılan istintaqla müəyyən edilib ki, Mais Həsənov ötən il iyulun 29-da həyat yoldaşı Güldəstə Ağayevanın qohumları tərəfindən inşa edilən və yaşaması üçün onlara təhvil verilən Binə qəsəbəsində olan mənzilə sərxoş halda gələrək arvadının axşam yeməyini gec hazırlamasını bəhanə edərək ona söyüşlər söyüb. Daha sonra Mais Həsənov arvadını öldürmək qərarına gəlib. O, həyətə çıxaraq avtomobilindən 5 litrlik plastik qabda olan benzini götürüb evə gələrək qapını arxadan bağlayıb.
Təqsirləndirilən şəxs həmin ərəfədə mətbəxdə yemək hazırlayan Güldəstə Ağayevanın arxa tərəfdən üzərinə gedərək yanacağı onun üstünə töküb. Qadın üzərinə benzin töküldüyünü və qaz peçinin açıq olduğunu hiss edib və tez bir zamanda qazı söndürməyə cəhd edib. Lakin Mais Həsənov arvadını diri-diri öldürmək niyyətində olduğu üçün benzini yenidən az peçinin, arvadının və evin müxtəlif yerlərini səpib. Benzin alışmağa başlayıb və Güldəstə Ağayevə yanıq şoku keçirib. Qadın çətinliklə də olsa qapını açaraq qonşuları səsləyib. Hadisə yerinə gələn qonşular qadını və evi söndürə biliblər. Qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Hadisədən dərhal sonra Mais Həsənov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 29.186.2.2-ci(özgənin əmlakını yandırmaqla, partlatmaqla ziyan vurma) maddələri ilə ittiham verilib. Mais Həsənov ona verilən ittihamlar üzrə özünü təqsirli bilməyib.
O, istintaqa ifadəsində bildirib ki, həmin günü evə axşam saatlarında gələrək, iki bokal pivə içib: "Həmin gün Güldəstə evdə olub, uşaqlar isə qohum evində qalıb. Axşam saatlarında evdən çölə çıxıb avtomobillinin şamını düzəltmişəm. Əlim mazutlu olduğu üçün maşından yanacaq götürüb əlimi yumaq üçün evə gətirdim. Evin mətbəxinə daxil olub, əlimi orda yumağa başladım. Güldəstə də yemək bişirirdi. Əlimi yuyanda Güldəstə benzinin iyini hiss edərək yanacaq ilə mətbəxə girdiyimə məni acılamağa başladıq. Həmin vaxt tutaşdıq, benzin də qazın üstünə töküldü. Qığılcım hər ikimizə sıçradığından həm biz, həm də mətbəx otağı alışmağa başladı. Mən həmin an benzin butulkasını və Güldəstəni götürüb çölə çıxdıq. Butulkanı tulladım. Hər ikimiz özümüzü söndürdük. Güldəstənin qışqırığına qonşular evə gəlib və mətbəxi söndürüblər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hər ikisi ayrı-ayrı avtomobildə 5 saylı Respublika Yanıq Şöbəsinə aparılıblar: "Xəstəxana bir neçə gün qaldıqdan sonra pulum olmadığı üçün Lerikə getdim. Sonradan yenidən xəstəxanaya qayıtdım. Çünki ayaqlarımda problem vardı. Bir neçə dəfə əməliyyat olundum. Əməliyyatdan sonra da Lerikə qayıtdım. Lakin polis əməkdaşları mənim istintaqdan gizləndiyimi zənn edərək axtarışa veriblər. Amma mən rayona müalicəmi ev şəraitində davam etdirmək üçün getmişəm. Heç kimdən qaçmaq fikrim olmayıb. Hadisədən bir ay keçəndən sonra Maştağada yaşayan qardaşıımgilə gələndə yolda polis əməkdaşları tərəfindən saxlanıldım və bölməyə gətirildim”.
Mais Həsənov hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib: "Mənim Güldəstəni öldürmək, kimisə həyatdan məhrum etmək fikrim olmayıb. Bunların hamısı bir anda baş verib. Ehtiyatsızlıq eləmişəm”.
Загрузка...
Загрузка...

Xəbər lenti