Arvadını öldürməyə cəhd edənə ağır cəza

Arvadını öldürməyə cəhd edənə ağır cəza
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Kamran Quliyevin Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az-ın məlumatına görə, ötən il iyulun 18-də Maştağa qəsəbəsi Albalılaq yaşayış massivində Kamran Quliyev ailə münaqişəsi zəmnində həyat yoldaşı 1994-cü il təvəllüdlü Fərqanə Rəhimovaya çoxsaylı bıçaq zərbələri vurub.
Nəticədə qadın ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb. Həmin gün Quliyevi Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları saxlayıblar. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti