Загрузка...

Arvadını döyərək öldürmək istəyənə 11 İL 3 AY HƏBS

Arvadını döyərək öldürmək istəyənə 11 İL 3 AY HƏBS
Загрузка...
Arvadını öldürməyə cəhddə təqsirləndirilən Səbuhi Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Rəhimovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakimlər kollegiyasının hökmünə əsasən, S. Rəhimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin may ayında Xətai rayonu NZS qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Rəhimov Səbuhi Əsgər oğlu öz həyat yoldaşı 27 yaşlı Rəhimova Aynur Sehrəddin qızını qısqanclıq zəminində döyüb. Bundan sonra A.Rəhimova təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
İlkin müayinələr zamanı A.Rəhimovada başın təpə nahiyyəsində müxtəlif xəsarətlər aşkar edilib. İlkin yardım alan 27 yaşlı qadın xəstəxanada qalmaq istəmədiyini bildirib və ambulator müalicəyə buraxılıb. Daha sonra gecə saatlarında evinə qayıdan A.Rəhimova yenidən həyat yoldaşının təzyiqləri ilə üzləşib.
Belə ki, bu dəfə S.Rəhimov həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yaralı qadın yenidən 3 saylı şəhər xəstəxanasına çatdırılıb və cərrahiyə əməliyyatı olunub. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb və S.Rəhimov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmələr zamanı içkili vəziyyətdə olan S.Rəhimov həyat yoldaşını qısqanclıq zəminində vurduğunu bildirib.
Загрузка...
Загрузка...

Xəbər lenti