Arif Hacılı: "Bu tamaşada Azərbaycan xalqı iştirak etmirdi"

Arif Hacılı:
Загрузка...
Müsavat partiyası aprelin 11-i keçirilən prezident seçkisinin nəticələrini tanımır. Bu barədə partiya başqanı Arif Hacılı cümə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkə prezidentinin qərarı ilə 11 aprel tarixinə təyin edilmiş növbədənkənar prezident seçkisi üçün müvafiq qanunvericilik bazası yaradılmayıb və siyasi partiyaların bərabərhüquqlu rəqabət şəraiti olmayıb. Müsavat başqanı bu səbəblərdən seçkini boykot etdiklərini və insanları səsverməyə getməməyə çağırdıqlarını deyib.
"Bu, seçki adına keçirilən bir proses, bir tədbir, bir oyun idi. Bu, bir seçki tamaşası kimi həyata keçirilirdi. Bu tamaşada Azərbaycan xalqı iştirak etmirdi", o deyib. "Müşahidəçilərin, jurnalistlərin, bloqerlərin verdiyi məlumatlardan gəldiyimiz nəticəyə görə, seçkilərdə 20 faizdən az, təxminən 15 faiz civarında seçicilər iştirak edib. Bu da əslində seçkilərin boykotunun baş tutması deməkdir", Arif Hacılı deyib.
Müsavat partiyası hesab edir ki, 11 apreldə keçirilən seçkilər Azərbaycan xalqının iradəsini ifadə etməyib, o bildirib.
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov aprelin 11-də keçirdiyi mətbuat konfransında deyib ki: "Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib". Müsavat həm də islahat gözləyir Arif Hacılı aprelin 14-də etiraz nümayişi keçirəcəklərini deyib. Bununla yanaşı Müsavat başqanı hakimiyyətdən ciddi islahatların keçirilməsini gözlədiklərini də əlavə edib. Müsavat partiyası yaydığı bəyanatında isə növbədənkənar prezident seçkisinin nəticələrinin ləğv edilməsini, "Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini" tələb edib.
MSK seçkinin şəffaf keçirildiyini deyir Mərkəzi Seçki Komissiyası seçkinin ədalətli və demokratik şəraitdə keçirildiyini və Azərbaycan xalqının iradəsi ilə yeni prezident seçildiyini bəyan edib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü keçirilən seçki zamanı ciddi qanun pozuntularına rast gəlinmədiyini və onların qaynar xəttinə hər hansı şikayət xarakterli məlumatın verilmədiyini bildirib. Aprelin 11-də keçirilən prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyev 86 faiz səslə qalib elan olunub. Prezident seçkisində 8 namizəd iştirak edib.
Загрузка...
Загрузка...

Xəbər lenti