“Aprel şəhidinin ailəsinin pulunu mənimsəyən icra başçısı əlil oğlumu həbs etdirdi” – Ata prezidentdən imdad diləyir

“Aprel şəhidinin ailəsinin pulunu mənimsəyən icra başçısı əlil oğlumu həbs etdirdi” – Ata prezidentdən imdad diləyir
Загрузка...
 "Oğlum Qəniməti 11 may 2018-ci il tarixdə Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə həbs ediblər”. Bunu PressClub.Az-a müraciət edən Zərdab rayonu Çallı kənd sakini Məmmədov Tehran Qənimət oğlu deyir. O, iddia edir ki, oğlunun həbs edilməsinə səbəb icra başçısının fəaliyyətini sosial şəbəkədə ictimailəşdirməsi olub: "Oğlum Qənimət Facebook sosial şəbəkəsində "Zərdabda Haqqın Səsi” adlı qrup yaradıb orada rayonda baş verən neqativ halları, sosial problemləri paylaşırdı. Bu isə Zərdabın icra başçısı Lütvəli Babayevə xoş gəlmədi. Çünki Lütvəli Babayev 11 ildə rayonda böyük kök salıb. Fakt isə budur ki, Lütvəli Babayevin 11 illik yarıtmaz fəaliyyəti nəticəsində Zərdab Azərbaycanda ən bərbad rayona çevrilib”.
T.Məmmədov deyir ki, həbs edilən oğlunun müdafiə hüquqları pozulub, onunla əsir kimi davranılır, işgəncə veriblər. Hətta dünən apardıqları yeməyi qəbul etmədilər: "Dedilər ki, birbaşa icra başçısının göstərişidir ki, yemək qəbul etməyin. Qeyd edim ki, ittiham tam saxta və qondarmadır. Qənimət 2-ci qrup əlildir və himayəsində 3 azyaşlı övladı var. Kiçik övladı 1 ay əvvəl dünyaya gəlib. Qənimətin tam günahsız olmasına dair konkret və mötəbər sübutlar var”. 

Zərdab rayonunun icra başçısı Lütvəli Babayev
Məmmədovun sözlərinə görə, oğluna hədə-qorxu ilə tələb eləmə maddəsi ilə ittiham irəli sürüblər və məhkəmə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri qərarı çıxarıb.
Şikayətçilər də vaxtilə neqativ əməllərini ictimailəşdirdiyi şəxslərdir: "Mənim oğlum heç kəsə hədə-qorxu gəlməyib. Sadəcə, onun şəffaf fəaliyyəti qanunsuz əməllərlə məşğul olan icra başçısı Lütvəli Babayevi təşvişə saldığı üçün oğlumu şərlətdirərək həbsə atdırıb. Qondarma şikayətçilər isə ancaq Lütvəli Babayevin əlaltılarıdır. Biri meşə təsərrüfatının müdiridir, biri aptek müdiridir, bir başqası isə vaxtı keçmiş məhsullar satan dükan sahibidir. Oğlum onların neqativ əməllərini vaxtilə sosial şəbəkədə yayıb. İcra başçısı Lütvəli Babayev isə o kəsdir ki, bir neçə il əvvəl qadını şərlətdirib həbsə atdırdı, Aprel şəhidinin ailəsinin əlindən 500 manat pulunu aldı. Ən əsası isə gəlin, baxın görün Zərdab rayonu necə bərbad gündədir. Öz qanunsuz, yaramaz fəaliyyəti ilə insanların nifrətini qazanıb, narazılıqlar yaradan icra başçısı Lütvəli Babayevin özü bu gün həbsdə olmalıdır mənim oğlum yox. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm. Sizdən xahiş edirəm tam qanunsuz qondarma ittihamla həbsə atılmış günahsız oğlum Qənimətin azad olunmasına köməklik göstərəsiniz, Zərdab rayon sakinlərini Lütvəli Babayevin zülmündən qurtarasınız. Xahiş edirəm köməklik edəsiniz”.
Загрузка...
Загрузка...

Xəbər lenti