Alma bağının sahibini daşla öldürən şəxsə hökm oxunub

Alma bağının sahibini daşla öldürən şəxsə hökm oxunub
Загрузка...
Qubada, alma bağında törədilən qətlə görə məhkəmə prosesi keçirilib. Qətlə yetirilən şəxs alma bağının sahibidir. O, başına daşla aldığı ağır zərbə ilə həyatını itirib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Samir Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən S.Mahmudov 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Samir Mahmudov mərhum Eldar Əhmədovun alma bağında işləyirmiş. Bir neçə ildən sonra onlar arasında işə görə mübahisələr başlayıb. Eldar Əhmədov Samiri və onun atasını öz bağından qovub. Amma onlar bununla razılaşmayıb və dəfələrlə mübahisə ediblər. Sonuncu mübahisə zamanı Samir alma bağında Eldar Əhmədova daş atıb.
Samir atasının və özünün söyüldüyünü əsas gətirərək Eldar Əhmədova daş atıb, amma birinci daş hədəfdən yan keçib. İkinci daş böyük olub və Eldar Əhmədovun baş nahiyyəsinə dəyib. Samir alma bağını tərk edib və bir neçə dəqiqə sonra E.Əhmədov dünyasını dəyişib. Samir Mahmudov ittihamla razılaşmır və özünü günahkar bilmir. Deyir ki, E.Əhmədov ağacdan yıxılaraq xəsarət alıb və dünyasını dəyişib.
Qeyd edək ki, Samir Mahmudov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Загрузка...
Загрузка...

Xəbər lenti