Загрузка...

Ailəsi ilə son dəfə yemək yeyib, özünü asdı - 21 YAŞLI OĞLANIN FACİƏLİ SONU

Ailəsi ilə son dəfə yemək yeyib, özünü asdı - 21 YAŞLI OĞLANIN FACİƏLİ SONU
Загрузка...

Bu gün Ağstafanın Yeni Gün kəndində intihar qeyd alınıb. APA-nın Qərb bürosunun məlumatına görə, kənd sakini 1996-cı il təvəllüdlü Mərdanov Eynal Mərdan oğlu özünü yaşadığı evdə asıb.

E. Mərdanov yaxşı kompüter mütəxəssisi olduğu bildirilir. 

Lent.az xəbər verir ki, həyatına son qoyan 1996-cı il təvəllüdlü Mərdanov Eynal Mərdan oğlu və atası taksi fəaliyyəti ilə məşğul olurmuş. O, ailə üzvləri ilə birgə dekabrın 23-də gecə saatlarında şam yeməyi yeyib. Daha sonra hamı yatıb. Dünən səhər saatlarında isə 21 yaşlı oğlanın özünü həyətdəki tikilinin qarşısında asdığı məlum olub. 

Kənd sakinləri və yaxınları Eynalı tərbiyəli, sakit təbiətli gənc kimi tanıyıb. Onun özünü öldürməsinin səbəbi hər kəs üçün müəmmalı qalıb.

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.

Загрузка...
Загрузка...

Xəbər lenti