"Ailə TV"yə basqın edən şəxs: "Borcu vardı, pis söyüş söymüşdülər"

Загрузка...
"Ailə TV" kabel televiziyasının ofisinə basqın etməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Asib Kambarov məhkəmədəki ifadəsində özünü təqsirli bilmədiyini söyləyib. Söyləyib ki, istintaqda yalnız yazılanlara imza atıb. Kamran Süleymanov isə "Ailə TV"yə basqın etdiklərini etiraf edib. O bildirib ki, hadisə günü "Ailə TV"nin ofisinin qapısını döyərək içməyə su istəyib: "Qapını açanda su istədim. Sonra dedim ki, olar əl-üzümü də yuyum? Mən içəri keçəndə Kamil də arxamca girdi. Mən mühafizəçini tutub içəri apardım. Kamil də seyfdən pul götürdü. Sonra qaçıb getdik".
Kamran deyib ki, həmin vaxt Asib Kambarov orada olmayıb: "Mən ola bilər ki, oxuma və yazmam olmadığına görə istintaqda səhv ifadə vermişəm. Bu işə dostum Kamilin ehtiyacı üçün getmişəm. Kamil dedi ki, "Topaz"a 20 min borcu var. Qaytarmıyana pis söyüş söyüblər. Dostum olduğu üçün, xətrini çox istədiyim və buna görə də razılaşdım. Mənim heç kimə borcum olmayıb. Asibə zəng elədik ki, gizlənməyə ev axtarırıq".
Təqsirləndirilən Orxan Əliyev isə özünü təqsirli bilməyib və sadəcə lombarda basqına getdiyini, həmin zaman da heç bir cinayət əməli törətmədiyini qeyd edib. Məhkəmə iclası aprelin 9-da davam edəcək. İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən "Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıblar.
Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər. Onlar Cianyət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”, 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci "qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddələri ilə təqsirli bilinirlər
Загрузка...
Загрузка...

Xəbər lenti