Загрузка...

ADPU: İntihar edən gənc keçən il dekabrın 22-də universitetdən xaric edilib

ADPU: İntihar edən gənc keçən il dekabrın 22-də universitetdən xaric edilib
Загрузка...
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) özünü dənizə ataraq intihar edən Məlik Cahangirovun hazırda onların tələbəsi olması faktını təkzib edib.
"Report” xəbər verir ki, bu barədə universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimli məlumat yayıb. Onun sözlərinə görə, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin "Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib: "2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub.
2 fəndən akademik borcu olduğuna və son semestrdə dərslərə gəlmədiyinə görə 22 dekabr 2017-ci il tarixli 2/227 saylı əmrlə tələbələr sırasından xaric edilib. Odur ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb”.
Загрузка...
Загрузка...

Xəbər lenti