ABŞ Milli Təhlükəsizlik Agentliyi hücuma məruz qalıb – FOTO

ABŞ Milli Təhlükəsizlik Agentliyi hücuma məruz qalıb – FOTO
Загрузка...
 ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum edənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib, biri isə xəstəxanadadır. Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) bildirib. Məlumata görə, FTB insidentin münaqişə zəminində baş verdiyini və terrorla əlaqəli olmadığını qeyd edib. Bundan əvvəl ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma olduğu, hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilirdi.
++++++++ 
ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma baş verib. Oxu.Az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları yollanıb. Bir nəfər saxlanılıb. 




Загрузка...
Загрузка...

Xəbər lenti