6 qadının öldüyü qəzaya görə traktorçu saxlanıb

6 qadının öldüyü qəzaya görə traktorçu saxlanıb
Загрузка...
 Mayın 7-də Sabirabad rayonunun Şəhriyar kəndində 6 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə şübhəli bilinən, 1994-cü il təvəllüdlü Xalid İmanovun saxlandığı bildirilir. Bu barədə Azadlıq Radiosunun qəza qurbanlarının qohumları məlumat veriblər.
Onların deməsinə görə, X.İmanovun atası Əjdər İmanov da hadisədən dərhal sonra saxlanıb. Amma mayın 8-də səhər kənd ağsaqqalarının xahişi və zəmanəti ilə müvəqqəti olaraq onun sərbəst buraxıldığı söylənir. Qəza baş verən gün traktoru kimin idarə etməsi ilə bağlı mətbuatda ziddiyyətli məlumatlar yayılıb. Əvvəlcə rəsmi qurumlara istinadən hadisəni Ə.İmanovun törətdiyi açıqlanıb. Lakin az sonra ölkənin müxtəlif xəbər saytları sükan arxasında onun oğlunun olması və onun koma vəziyyətinə düşməsi barədə məlumatlar yayıb. 

Kənd sakinləri ehtimal edirlər ki, Ə.İmanovun saxlanması traktorun ona məxsus olması ilə əlaqədardır. Ancaq bu ziddiyyətli məqamlara hüquq-mühafizə orqanlarından aydınlıq gətirmək mümkün olmayıb. Yas məclisi Yas məclisi Vəfat edən 6 şəxs yaxın qohum olduğundan onların yas məclisi bir ünvanda təşkil edilib. Qohumlar hadisənin təfərrüatları barədə danışmaq istəməyiblər: «Nə deyək ki? Daha bizə olan olub...». ​
«Dövlət istəyir deyə, camaat da əkir...»
Kənd sakinlərindən biri deyib ki, dövlət siyasətindən asılı olaraq son illər Şəhriyar kəndində pambıq əkininə daha çox önəm verilir. «Dövlət istəyir deyə, camaat da əkir. Alış qiymətini də bir az qaldırıblar. Təsərrüfat yollarımız bərbaddır, onlara əl gəzdirilsə yaxşı olar. Bu bədbəxt hadisə bir siqnal olmalıdır», - deyə kənd sakinlərindən biri vurğulayıb.
Mayın 7-də, səhər saatlarında Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Şəhriyar kəndində traktorun qoşqusunun su kanalına aşması nəticəsində 6 nəfər ölüb. Daha bir neçə nəfərin xəsarət aldığı bildirilir. Ölənlərin hamısı qadın olub. Onların pambıq sahəsində işləməyə gedərkən qəzaya düşdükləri bildirilir.
Xatırlatma
Azərbaycanda pambıq tədarükü iki ildir ki, hökumətin prioritet saydığı sahəyə çevrilib. Ölkə başçısı bir neçə dəfə bununla bağlı müşavirələr keçirib. Hökumət pambıqyığan maşınların, tezyetişən pambıq toxumlarının alınması ilə bağlı addımlar atıb. Verilən məlumata görə, ötən il ölkədə 200 min tondan çox pambıq yığılıb. Son illər həm pambıq əkinində, həm də tədarükündə artım var. Bu il hökumət pambıq əkinini genişləndirəcəyini açıqlayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti