20 il axtarışda olan azərbaycanlı cinayətkar dəstə başçısı tutuldu - FOTO

20 il axtarışda olan azərbaycanlı cinayətkar dəstə başçısı tutuldu - FOTO
Загрузка...
Moskvada başqa adla gizlənən, azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb. APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.
O bildirib ki, 49 yaşlı azərbaycanlı 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub. Onun 20 ildir axtarışda olduğu bildirilir. O, xüsusi təyinatlı polis qüvvələrinin dəstəyi ilə saxlanılıb. "Həmin şəxs 1997-ci ildən cinayət məsuliyyətindən yayınır. O, saxta SSRİ pasportundan istifadə edərək Rusiya vətəndaşı və ümümvətəndaşlıq pasportları alıb. Lakin hüquq-mühafizə orqanları sonradan müəyyən edib ki, Azərbaycanda eyni ad-soyadda başqa şəxs yaşayır”, - deyə İrina Volk bildirib.
DİN rəsmisi əlavə edib ki, Rusiya tərəfindən verilən vətəndaşlıq artıq ləğv edilib. Azərbaycanlının kirayə yaşadığı evdə axtarış zamanı "İJ-70 və "Brauninq” markalı tapançalar, 23 güllə və Qazaxıstan vətəndaşına məxsus saxta pasport aşkar edilib. İ. Volk bildirib ki, saxlanılan şəxs barəsində qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb: "Onun Azərbaycana ekstradisiyası nəzərdə tutulur. Həmin şəxsin Rusiya ərazisində digər cinayətlərdə iştirakı məsələsi də yoxlanılır".
 Azərbaycanın 20 ildir, axtarışa verdiyi, Moskvada həbs olunan mütəşəkkil cinayətkar dəstənin başçısının adı məlum olub. Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə bildirilib ki, saxlanılan şəxs Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Akif Rüstəmovdur. Onun iki gün əvvəl Moskvada hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat zamanı yaxalandığı bildirilib.
Məlum olub ki, A. Rüstəmov uzun müddət Moskvada başqa adla gizlənib. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk onun 1997-ci ildə törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildiyini bildirib. 
Загрузка...
Загрузка...

Xəbər lenti