Загрузка...

2 qat dünya çempionu siyasi məhbus hesab olunur - BƏYANAT

2 qat dünya çempionu siyasi məhbus hesab olunur - BƏYANAT
Загрузка...

Bu gün Azad Azərbaycan Naminə təşkilatının (AANT) iclası keçirilib. Yığıncaqda ölkədə yaşanan ictimai-siyasi prosseslər və siyasi məhbuslar məsələsində görünən bəzi durumlarla bağlı geniş müzakirələr keçirilib. Siyasi məhbuslar haqqında keçirilən müzakirədə, hakimiyyət tərəfindən şərlənərək həbs olunan Renat Əliyevin siyasi məhbus elan olunmaması ilə bağlı məsələ də, iclasın gündəm məsələsi kimi müzakirəyə çıxarıldı.

Təşkilatımız tərəfindən, siyasi məhbusların tanınması və onlarn hüquqlarını qorunması ilə mükəlləf olan hüquq-müdafiə təşkilatlarına dəfələrlə müraciət olunsa da, sözügedən QHT-lər Renat Əliyevin siyasi məhbus kimi tanınaraq, elan edilməsinə laqeydlik göstərir, buradakı gerçəkləri görməzlikdən gəlirlər.

Buna da bax: Eks-rektorun hakim qardaşına hökm oxundu - 5 il həbs

AANT olaraq, hər zaman bəyan etmişik ki, Renat Əliyev, Almaniyada yaşayan qardaşı Riyad Əliyevin siyasi fəliyyətinə görə, qisas məqsədilə həbs edilib. Təşkilatımız adından bir daha bildiririk ki, dəfələrlə tədbirlərində iştirak etdiyimiz Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin (SMHMK) üzvləri, hər zaman, ölkədə 160-dan çox siyasi məhbus olduğunu bildirir.

Özlərinin də dediklərindən belə məlum olur ki, bu 160 məhbusun bir çoxunun nə ünvanı bəllidir, nə də tədbirlərdə göstəriləcək şəkilləri var. Biz də burdan belə qənaətə gəlirik ki, ölkədə siyasi fəliyyətinə görə həbs olunanlar hakimyyət tərəfindən necə qəbul olunursa, SMHMK adına fəaliyyət göstərən təşkilatlar tərəfindən də elə o cür qəbul olunur.

Bu qurumun iclasında Taleh Xasməmmədov dəfələrlə Renat Əliyevin siyasi məhbus elan edilməsi haqqında çıxış edərək, bu məsələni səsverməyə qoysa da, təklifi səsvermədə azlıqda qalıb Doğrudan da, bu təşkilatlar siyasi məhbusların maraqlarına xidmət etsəydilər, Renat Əliyev həbs olunan gündən siyasi məhbus elan edilərdi.

Aylardan bəridir ki, müşahidə etdiyimiz bu anlaşlmazlıqların fonunda, ANAT olaraq bəyan edirik ki, ölkənin işində və beynəlxalq aləmdə siyasi məhbusların hüquqlarını müdafiə edən təşkilatlar Renat Əliyevi siyasi məhbus kimi tanımaqla həm bu yöndə müşahidə olunan anlaşılmazlıqları aradan qaldırsınlar və istətər ölkə, istərsə də dünya ictimaiyyəti qarşısında siyasi məhbusların hüqüqlarına gerçəkdən də sahiblənmək istəklərini əməli şəkildə sübuta yetirsinlər! Hefteaz.info

Загрузка...
Загрузка...

Xəbər lenti