''13 yaşlı oğluma qarşı təxribat hazırlayırlar''

''13 yaşlı oğluma qarşı təxribat hazırlayırlar''
Загрузка...
 ''Məsuliyyət birbaşa və birmənalı şəkildə Azərbaycan hakimiyyətinin üzərində olacaq''
Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru, keçmiş deputat Gültəkin Hacıbəyli 13 yaşlı oğluna qarşı təxribat hazırlandığını bildirib. "Facebook” sosial şəbəkəsindəki səhifəsində G.Hacıbəyli yazıb ki, bu barədə ona aprelin 1-də hüquq-mühafizə orqanlarında çalışan bir şəxs bildirib.
Oğlunun 8-ci sinifdə oxuduğunu qeyd edən Gültəkin Hacıbəyli bildirib ki, informasiya sızdıran mənbə detallara aydınlıq gətirməyib: "Yalnız dedi ki, oğlumun bütün hərəkət marşrutları, mobil telefonu nəzarətə götürülüb və davamlı şəkildə izlənilir. Həm də onu dedi ki, uşağa qarşı təxribatı elə etməlidirlər ki, təbii görünsün, hakimiyyətin əməlinə bənzəməsin”.
Sabiq deputat bəyan edib ki, özünə qarşı edilən təhdidlərə heç vaxt önəm verməyib. "Oğluma qarşı bu təhdidin də üstündən keçərdim və hətta bütün aşağı səviyyələrdən da aşağı düşmüş Azərbaycan hakimiyyətinin bu qədər kiçiləcəyinə indi də inanmaq istəmirəm. Amma 2013-cü ilin fevral ayında eyni mənbədən "bir oğlunuz var, onu itirəcəksiniz” təhdidini alanda "9 yaşlı uşağa qarşı heç vaxt belə şərəfsizlik etməzlər” deyə ciddiyə almamışdım, amma etdilər. Uşaq mənim siyasi fəaliyyətimin qurbanı oldu, ağır psixoloji stress yaşadı. Nəticədə, 2 il ağır müalicə olunmaq məcburiyyətində qaldı. Odur ki, açıq şəkildə bəyan edirəm: hər hansı bir formada həyata keçirilməsindən asılı olmayaraq oğluma qarşı istənilən təxribat, hücum, xəsarət və ya qəzanın məsuliyyəti birbaşa və birmənalı şəkildə Azərbaycan hakimiyyətinin üzərində olacaq!”.
Gültəkin Hacıbəyli Meydan TV-yə deyib ki, hələ informasiya ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib: "Məlumatı verən mənbənin ciddiliyinə şübhəm yoxdur. Oxşar xəbərdarlığı 2013-cü ildə almışdım. Yəqin ki, yaxınlarımla müzakirə edəndən sonra müraciət edəcəm. Ancaq təxribatı hakimiyyət hazırlayırsa, müraciətin mənası olmur. Sadəcə, xəbərdarlığımı etmişəm”.
Загрузка...
Загрузка...

Xəbər lenti