11 gün əvvəl tapılan yanmış kişi meyitinin kimliyi MƏLUM OLDU

11 gün əvvəl tapılan yanmış kişi meyitinin kimliyi MƏLUM OLDU
Загрузка...
 Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda tapılan 35-40 yaşlarındakı yanmış meyiti tapılan şəxsin Binəqədi rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib.
Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi qeydiyyatda olub.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Meyitin ilkin xarici müayinəsi zamanı üzərində zorakılıqla yetirilməyə xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilməyib.
Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi eləcə də hadisənin baş vermə səbəbləri istintaq-əməliyyat yolu ilə araşdırılır.
Загрузка...
Загрузка...

Xəbər lenti