10 ilin rəisi işdən çıxarıldı - Nazirin qohumu idi

10 ilin rəisi işdən çıxarıldı - Nazirin qohumu idi
Загрузка...
Xızı rayonunun polis rəisi təqaüdə göndərilib. APA xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib.
Criminal.az xatırladır ki, E.Usubov daxili işlər nazirinin yaxın qohumudur. 10 il idi Xızı RPŞ-nin rəisi vəzifəsində işləyirdi. Əvvəllər isə Sumqayıtda polis bölmələrindən birinin rəisi, şəhər polis idarəsinin rəis müavini olub.
Загрузка...
Загрузка...

Xəbər lenti