Загрузка...

1 saat 1 dəqiqə... yazıb özünü dənizə atdı - FOTOLAR

1 saat 1 dəqiqə... yazıb özünü dənizə atdı - FOTOLAR
Загрузка...
Dünən axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edən 21 yaşlı Məlik Cahangirovla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Lerik rayon sakini olan Məlik Cahangirovun Bakıda yaşadığı və Azərbaycan Pedoqoji Universitetinin tələbəsi olduğu məlum olub. Həm də Məlik Cahan imzası ilə şeirlər yazan gənc oğlan şairlər arasında tanınmağa başlayıbmış.
O, intihar etməzdən bir neçə saat əvvəl feysbuk səhifəsində ölümlə bağlı şeir paylaşıb. Daha sonra bulvara gedən Məlik tələbə biletini və şəxsiyyət vəsiqəsini sahildə qoyaraq özünü dənizə atıb. M.Cahangirov feysbuk səhifəsində 2 gün əvvəl intihar edəcəyi saatı dəqiq yazıb. O, bir müddət imiş ki, gərgin psixoloji vəziyyətinin siqnallarını verirmiş.
APA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun meyiti ötən gecə Bulvar ərazisində tapılaraq sudan çıxarılıb. Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. İntihar edən tələbənin bəzi fotolarını və son şeirini təqdim edirik:

 

 

 

 

 

 

 


Загрузка...
Загрузка...

Xəbər lenti